Azərbaycanın ən seysmoaktiv şəhərlərinin adlarıaçıqlanıb. 2018-ci ildə Şamaxı, İsmayıllı, Qusar Və Zaqatala seysmoloji cəhətdən daha çox aktiv olan şəhərlər kimi qeydə alınıb. Respublika seysmoloji xidmət mərkəzindən verilən məlumata görə, adı çəkilən rayonlarda zəlzələ baş vermə ehtimalı digər ərazilərə nisbətən daha çoxdur.
Gün ərzində Azərbaycan ərazisində 10-a yaxın xırda təkanlar qeydə alınır. Lakin onların maqnitudası və dərinliyi az olduğu üçün onlar hiss olunmur..
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, il ərzində təkanlar və daha fəal zonalar müasir avadanlıqlarla tam tədqiq edilir. Bu il ərzində isə ən aktiv seymoloji zonalar belə müəyyənləşib.
Bəzi bölgələrdə isə iri təkanların olma ehtimalı çox azdır. Son illər ərzində aparılan tədqiqatlar bunu deməyə əsas verir.
Qeyd edək ki, ölkə ərazisində 2018-ci il ərzində ən güclü zəlzələ Rixter şkalası üzrə 6 bal olmaqla Zaqatalada qeydə alınıb.