Pakistan və yaİraq vətəndaşın olduğu iddia edilən bu şəxs paytaxt Bakı və digər bölgələrdə müxtəlif mağazalarda satıcılara qarşı fırıldaqçılıq edir
Fırıldaqçılıq faktının biri Nəsimi rayonu 20 yanvar küçəsindəki geyim mağazasında qeydə alınıb. Hadisə mağazanın təhlükəsizlik kamerasına da düşüb
Satıcı Dilqəm Abışzadənin sözlərinə görə mağazaya daxil olan bu şəxs əvvəlcə kofta almaq istədiyi bildirib.Satıcıya 100 manat verib. Dilqəm ona pulun qalığını qaytarmaq istəyəndə, o fikrindən daşındığını deyərək pulunu geri istəyib. Hər şey də bundan sonra başlayıb. Belə ki, satıcı pulu həmin şəxsə uzadır,bu an əcnəbi guya başqa məhsul almaq istədiyini deyərək əvvəlki məhsula görə verdiyi pulu cibinə qoyur.
Dilqəm Abişzadə deyir ki, əcnəbi şəxs eyni üsulla başqa mazağa satıcısına kələk gəlib. Təhlükəsizlik kamerasına düşən görüntüləri sosial şəbəkədə paylaşandan sonra xeyli şərhlər gəlib.
Sosial şəbəkə istifadəçilərindən biri eyni şəxsin Zaqataladakı dükanlardan birində həyata keçirdiyi fırıldaq əməlinin görüntülərini paylaşıb. Dilqəm Abışzadə məsələ ilə bağlı polisə müraciət edib.