Bərdə rayonunda evə girərək xeyli pul aparan şəxs tutulub. Oğurlanan 5200 manat və 300 dolların bir qismi maddi sübut kimi götürülüb. Abşeron polisi də evlərdən silsilə oğurluqlar edən 26 yaşlı gənci saxlayıb. Araşdırma zamanı həmin şəxsin mənzillərə girərək vətəndaşlara küllü miqdarda ziyan vurduğu məlum olub.
Mənzildən 5200 manat və 300 dollar oğurlanıb.
Hadisə Bərdədə olub. Rayon sakini Təranə Cəfərova Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən pullarının oğurlandığı barədə məlumat verib. Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkmən kənd sakinləri saxlanılıblar.
Evdən oğurlanan 5200 manat və 300 dolların bir qismi maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırmalar davam etdirilir.
Abşeronda da evləri soyan tutulub. Rayon sakini, əvvəllər eyni əmələ görə bir dəfə məhkumluq həyatı yaşamış 26 yaşlı Ruhan Məmmədovun ətrafında aparılan araşdırma zamanı onun Hökməli, Qobu, At yalı , Mexkalon və Xırdalan şəhərinin bəzi ərazilərində mənzillərə girirərək oğurluq etdiyi məlum olub.
Əsasən günorta saatlarında evdə kimsənin olmadığına əmin olduqdan sonra mənzillərə daxıl olan gənc ümumilikdə 10-dan çox evi qarət edib. Faktla bağlı araşdırmalar davam etdirilir.