Xəzər Xəbər

İlk DOST mərkəzi dekabr ayında Bakıda yaradılacaq VİDEO

Veb TV | 20:53 • 28 Avqust 2018
İlk DOST mərkəzi dekabr ayında Bakıda yaradılacaq

Bu ilin sonuna qədər Bakıda ilk DOST mərkəzinin açılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST agentliyi və DOST mərkəzləri sosial xidmətlərin sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.

126 xidməti bir araya gətirəcək ilk Dost Mərkəzinin bu ilin sonuna kimi fəaliyyətə başlaması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində yaradılcaq mərkəzin birincisi Bakıda açılacaq. Nazir Sahil Babayevin sözlərinə görə, hazırda bu mərkəzlərin fəaliyyətinin təşkili ilə bağlı müvafiq qanunvericilik bazası yaradılır.

 

DOST Agentliyi və DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində yeni səhifə açacaq. Burada prosedurlar sadələşdiriləcək, xidmətlər daha şəffaf yerinə yetiriləcək. Ən əsası xidmət növləri vahid mərkəzdə toplanıb idarə edildiyinə görə vaxt itkisi olmayacaq. Əvvələr təxminən bir ay davam edən sənəd toplama və təqdim etmə prossesi Dost mərkəzlərinin sayəsində üç günə yekunlaşacaq.

 

Dost Mərkəzlərin yaradılmasında Asan xidmət mərkəzlərinin təcrübəsindən yararlanılacaq. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Xəbər lenti