Xəzər Xəbər

Ceyranlar təhlükədədirmi? - Nazirlik araşdırdı VİDEO

Veb TV | 20:55 • 28 Avqust 2018
Ceyranlar təhlükədədirmi? - Nazirlik araşdırdı

Qax dövlət təbiət yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərində məskunlaşan ceyranların həyatına təhlükə yarana bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvərtlər Nazirliyinin mütəxəssisləri Acınohur ərazisinə ezam ediliblər və vəziyyətlə tanış olublar

Acınohur gölünün cənubu və Mingəçevir su anbarının şimal hissəsi ilə həmsərhəd olan ərazilərdə aqrar fəaliyyət məhdudlaşdırıla bilər. Buna səbəb sözügedən ərazilərdə məskunlaşan ceyranların yem bazasının azalması, sürüləri qoruyan itlərin ceyranlara təhlükə yaratmasıdır.

Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Acınohur düzənliyindəki mövcud vəziyyətlə tanış olublar. Nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkşafı departamentinin direktoru Hikmət Əlizadənin sözlərinə görə, mütəxəssislər ərazidə fəaliyyət göstərən sahibkarlar və fermerlərlə görüşlər keçiriblər.

Departement direktoru bildirib ki, sözügedən ərazidə aqrar fəaliyyətlə məşğul olanlar Nazirliyin nümayəndələri ilə görüşüblər və üzərlərinə məsuliyyət götürüblər. Mütəxəssislərin tövsiyyəsinə uyğun olaraq, onlar Acınohurda məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət edəcəklərinə dair söz veriblər.

 

Qeyd edək ki, Acınohur ərazisi kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi dövlət fonduna aiddir. Ərazi dövlət fondunun qış otlaq sahələri olmaqla, uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara istifadəyə verilib.

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar