Axşam saatlarında yolda qarşılaşan iki minik avtomobili sürücüsünün bilinməyən səbəbdən bir-biri ilə yarışması cinayətlə bitib.
Hadisə Türkiyənin Karaman-Ereğli avtomobil yolunun 20-ci kilometrində Yeşildere adlanan kənd yaxınlığında baş verib. İki minik avtomobilinin sürücüsü naməlum səbəblərdən ötmə yarışına girib. Sürücülərdən biri yolun yarısında sükanı digər avtomobilə tərəf çevirərək maşının qabağın kəsib.
Maşından düşən 23 yaşlı Mehmet S. digər avtomobilin sürücüsü 30 yaşlı Yusif Koçakeri dostlarının gözü önündə qolundan və sinəsindən bıçaqlayıb. Y.Koçaker qanlar içərisində yerə yıxılıb.
Ətrafdan keçən vətəndaşlar hadisəni görüb və hadisə yerinə təcili tibbi yardım briqadası ilə polis dəstəsi çağırıb. Təcili Tibbi yardımın geçikdiyini və Y.Koçakerin ürəyinin dayandığını görən 23 yaşlı cinayətkar ona süni tənəffüs verməyə başlayıb. Təcili tibbi yardım maşınında bıçaqladığı şəxslə birlikdə xəstəxanaya qədər gedən S.Mehmet xəstəxanadan polis tərəfindən bölməyə aparılıb.
Bütün müdaxilələrə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Polis Y.Koçakeri bıçaqlayan S.Mehmeti və hadisə yerində maşınların içərisində olan 1-i qadın olmaqla, 6 nəfəri də saxlayıb.
Faktla bağlı cinayət işi başladılıb./publika.az