Türkiyənin Çankırı əyaləti, Orta rayonu, Yaylakənd bələdiyyəsinin ərazisində niqablı qadının mikro-avtobusun arxasına bağlanaraq aparılması görüntüləri ciddi narazılıqlara səbəb olub.
XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, hərəkətdə olan 34 RA 4649 nömrəli avtomobilin arxasına bağlanan qadının görüntüləri mobil telefonla çəkilərək sosial şəbəkədə paylaşılıb.
Qeyri-insani rəftara məruz qalan qadın uzun müddət bağlandığı avtomobillə gəzdirilib.
Qadının və sürücünün kimliyi açıqlanmır, hadisənin səbəbləri barədə məlumat verilmir.