Rusiya Müdafiə Nazirliyi "Oniks" qanadlı raketlərinin Oxot dənizindəki şərti hədəflərə yönəlik zərbələrinin videosunu yayımlayıb.
Kamçatka sahilində baş tutan təlimlər Rusiya Sakit okean donanması tərəfindən həyata keçirilib.
Təlimdə donanmanın tərkibində olan "Varyaq" kreyseri, "Razliv" və "Moroz" gəmiləri, "Tomsk" nüvə sualtı gəmisi və "Bastion" sahil qüvvələri iştirak edib.
Hədəfə kimi olan məsafə 250-500 km arası olub.
Qeyd edək ki, təlimdə "Oniks"lə yanaşı, "Vulkan", "Qranit", "Malaxit" raketlərinin də buraxıldığı deyilib./axar