Son bir neçə ildir qəbiristanlıqlara qənim kəsilənlərin sayı artıb. Ya məzarların baş daşı sındırılır, ya qəbirlərə qarşı təhqiramiz hərəkətlər edilir. Bu isə bir məsələni gündəmə gətirir. Qəbiristanlıqların mühafizəsinecə həyata keçirilir? Vənəzarət varsa , belə hallar niyə baş verir.
Ətrafı yandırılan qəbrlər və sındırılmış məzar daşları.
Heçbir nəzarətin və mühafizənin olmadığı vəziyyətipaytaxtın əksər qəbiristanlığında görmək mümkündür.
Qəbiristanlıqlarda mühafizə sistemi olmadığından əksər vaxt ölü yaxınları qəbir daşlarının dağıdıldığını və ya ətrafın tamamilə yandırıldığının şahidi olurlar.
Vətəndaşlar da qəbiristanlıqlarda mühafizə sisteminin vacib olduğunu bildirir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov XəzərXəbər-ə bildirdi ki, qəbiristanlıqlarda aidiyyatı üzrə nəzarətçilərolur. Lakin Qəbiristanlıqların xüsusi olaraq mühafizə olunması nəzərdə tutulmayıb. Hər hansı bir vətəndaşın yaxının məzarına qarşı xoşagəlməz bir hal olduqda onlar aidiyyatı üzrə polisə müraciət edirlər.