Füzulidə 15 yaşlı oğlan fermada güllələnərək öldürülüb. Hadisəni törədən çobanqacıb gizlənsədə sonradan tutularaq istintaqa cəlb edilib.
Fermada çoban işləyən 19 yaşlı Əli Məmmədovtəsərrufat sahibin oğlu 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirib.
Hadisə Füzuli rayonununBöyük Bəhmənli kəndində baş verib.öldürülən Tumas Musayevin yaxınları bildirib ki ,yeniyetmə fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Əli Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub.Hadisənin hansı şəraitdə baş verməsi haqda heç kimin məlumatı yoxdur.
Hadisənin törədildiyi odlu silah isə təsərrufat sahibinə məxsus olub.Silah fermada qalırmış.
Qətli törədən Əli Məmmədov hadisədənsonra qacıb gizlənib.Füzuli Rayon Polis Şöbəsindənverilən məlumata görə, kecirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Əli Məmmədov istintaqa təvil verilib.Hadisəni törədən şəxsin dindirilməsi aparılır.