Lənkəranda ata və oğul birləşərək evin gəlinini və onun qohumlarını döyüblər. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Salyanda isə məclisdə dava düşüb. Nəticədə biri digərini baltalayaraq xəstəxanalıq edib.
Oğlan atası ilə əlbir olub, arvadını və onun 2 qadın qohumunu döyüblər...
Hadisə bu gün Lənkəran rayonunun Haftoni qəsəbəsində baş verib. Kənd sakinləri Hicran Şabanov və oğlu Şahin Şabanov ailə münaqişəsi zəminində evdən gedən gəlin Aynur Şabanovanı onun xalasının evində döyüblər. Ata və oğul 67 yaşlı Nigar Muradovanın evinə gələrək, həmçinin ev sahibinə və onun 61 yaşlı bacısı Əminə Muradovaya da ağır bədən xəsarətləri yetiriblər. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Artıq döyülmə ilə bağlı araşdırma aparılır.
Salyanda isə yeyib-içmək məclisinin sonu dava ilə bitib. Gecə saatlarında Salyan rayonu Quyuçu kəndi yaxınlığında yerləşən şadlıq evində kənd sakini 40 yaşlı Səyavuş Kərimovla obyekt sahibinin Kamran adlı oğlu arasında mübahisə yaranıb. Nəticədə Kamran balta ilə Səyavuş Kərimovun ayaq nahiyyəsinə xəsarət yetirib. Yaralı salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
" frameborder="0" allowfullscreen>