Bugündən sentyabrın 25-ə qədər Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbli ləvazimatlarının satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarkalar müxtəlif metrostansiyaların çıxışında təşkil edilib. Əslində yarmarkaların təşkilində məqsəd qiymətlərin sakinlər üçün münasib olmasını təmin etməkdir. Amma müşahidələrimiz fərqli mənzərəni ortaya çıxarıb.
Bakida məktəbli ləvazimatlarının satış yarmarkaları fəaliyyətə başlayıb.Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi satış yarmarkalarının çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.
Paytaxtın 10-a yaxın rayonunun ərazisində, 28 May, Nərimanov, Memar Əcəmi, İnşaatçılar metrostansiyaların çıxışında belə yarmarkalar fəaliyyət göstərir. Sentyabrın 15-ə qədər fəaliyyət göstərəcək yarmarkalarda aşağı və yuxarı sinif şagirdləri üçün müxtəlif ləvazimatlar satılır. Ləvazimatların qiyməti fərqlidir.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yarmarkaların təşkilində əsas məqsəd sakinlərin məktəb ləvazimatlarını mağazalarla müqayisədə daha münasib qiymətə əldə etmələrini təmin etməkdir. Bunu yoxlamaq məqsədilə bir sıra mağazalarda da qiymətlərlə maraqlandıq. Şahidi olduq ki, yarmarkalarla mağazalar arasında qiymətlər demək olar ki, eynidir. Hətta mağazada satılan dəftərlər yarmarkadakından cüzi də olsa ucuzdur .
Satıcılar yarmarkadakı qiymətin mağazalarla eyni olmasını məhsulların eyni yerdən alınması ilə əlaqələndirirlər.
Yarmarka satıcıları daha keyfiyyətli məhsul satdıqlarına görə qiymətin maqazinlərlə eyni olduğunu iddia edirlər.
Əgər yarmarkadakı qiymətin mağazadakından heç bir fərqi olmayacaqdısa, onu təşkil etməyin hansı məntiqi var ? Bu suala cavab tampaq üçün təşkilatçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, suala cavab verəcək məsul şəxs yoxdur.