Xəzər Xəbər

86 yaşlı qocanın PASPORT OYUNU 48 il sonra ORTAYA ÇIXDI - VİDEO

Veb TV | 18:16 • 27 Avqust 2018
86 yaşlı qocanın PASPORT OYUNU 48 il sonra

Türkiyə vətəndaşları Veysəl.K və Musa K. 1970-ci ildə Almaniyaya işçi olaraq getmək üçün müraciət ediblər.

Musa K.-nın müraciətinə rədd cavab verilir. Əmisi oğlu isə xəstə olduğu üçün Almaniyaya getməkdən imtina edir. Musa K. özünün fotosunu onun xarici pasportuna vuraraq Almaniyaya gedir və işə qəbul olunur. Beləliklə, o, saxta pasportla 48 il iki ölkəni aldadıb.

48 il bu pasportla Almaniya-Türkiyə arasında gediş-gəliş edən Musa.K nəhayət, polislər tərəfindən saxlanılır və onun haqqında sənədlərin saxtalaşdırılması haqqında cinayət işi açılır. 86 yaşlı Musa K. bu pasportla Almaniyada təqaüdə belə çıxıb.

Trabzonun Akçaabat rayonundan ilk dəfə 1970-ci ildə Almaniya getdiyi müəyyənləşdirilən Musa.K adlı şəxsin ali təhsili yoxdur. Polisə ifadə verərkən isə problemsiz ölkədən çıxış etdiyinə özünün də təəccübləndiyini deyib:

"Mən öz fotomu əmimoğlunun pasportuna yapışdırdım. İnanmırdım ki, bu işə yarayacaq. Amma hava limanında heç kim məni saxlamadı. Beləliklə hər il, rahat şəkildə ölkəyə giriş-çıxış edirdim".

Faktla bağlı cinayət işi başladılıb./publika.az

Xəbər lenti

Çox oxunanlar