Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində qız qaçırma məsələsi səbəbilə iki ailə arasında mübahisə yaranıb.
Mübahisə silahlı insidentə çevrilib və hadisə nəticəsində 3 nəfər ölüb. 4 nəfər isə xəsarət alıb.
Verilən məlumata görə, adı açıqlanmayan şəxs evlənmək məqsədilə sevdiyi qızı qaçırıb. Qızın qardaşı oğlanın yaşadığı məhəlləyə gəlib və onun atası və qardaşları ilə dava edib.
Dava zamanı qızın qardaşı oğlanın qardaşlarını və atasını vurub. Hadisə zamanı oğlanın qardaşları ilə birgə 4 nəfər yaralanıb , qızın qardaşı, oğlanın atası və bir qardaşı ölüb.
Xəbəri alan qohumlar yaralıların yerləşdiyi xəstəxanaya axın edib. Orada hər hansı qarşıdurmanın yaşanmaması üçün xəstəxana polis mühafizə tədbirlərini gücləndirib.
Qızı qaçıran şəxs isə axtarışdadır./publika.az