Xəzər Xəbər

Prezidentin Lahıc sakinləri ilə səmimi görüşü VİDEO

Veb TV | 11:45 • 27 Avqust 2018
Prezidentin Lahıc sakinləri ilə səmimi görüşü
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində olublar. Ölkə başçısı və birinci xanım qəsəbəyə təbii qazın verilməsi mərasimində iştirak ediblər. Sonra Lahıc icma evində yaradılan şəraitlə tanış olublar.


Lahıc qəsəbəsini gəzən prezident və xanımı buradakı sənətkarlıq emalatxanalarında olublar, sakinlərlə görüşüb söhbət ediblər, həmçinin xatirə şəkilləri çəkdiriblər. Qəsəbə sakinləri dövlət başçısını və birinci xanımı böyük sevinc və coşğu ilə qarşılayıblar. Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva qəsəbə sakini misgər Nəzər Əliyevin evində olublar.


XəzərXəbər prezident və birinci xanımın Lahıc səfərindən səmimi görüntüləri təqdim edir:


Xəbər lenti