“La la Lend” müziklinə çəkilən məşhur aktyor Rayan Qoslinq yeni obrazına çox ciddi yanaşıb. Aktyor çəkiliş müddəti ərzində sərbəst pianoda çalmağı öyrənib.
Yeni müziklda Rayan yeni fəaliyyətə başlayan aktrisa ilə tanış olan jazz musiqiçidir. Aktyorun həqiqətən də özünün çaldığını sübut etmək üçün rejissor Demyen Şazella həmin səhnəni montaj etmədən, uzunsürən dublla çəkib.
“Fortepianoda çalmağı öyrənmək mənim çoxdankı arzum idi. Mən çalmağı öyrənirəm, buna görə də mənə pul ödəyirlər. Bundan yaxşı şərait ola bilməzdi” - Rayan belə deyib.
Maraqlısı ondadır ki, filmə əsl musiqiçi, müğənni John Legend də çəkilib. Amma filmdə ona kiçik rol düşüb- gitarada çalmaq. John isə bu filmə görə gitarada çalmağı öyrənib.