Xəzər Xəbər

Uşağını vəhşicəsinə döyən ata ilə bağlı yeni faktlar VİDEO

Veb TV | 20:55 • 26 Avqust 2018
Uşağını vəhşicəsinə döyən ata ilə bağlı yeni faktlar

Körpə qız uşağının vəhşicəsinə döyülməsi və bu anın döyən şəxs tərəfində görüntülənməsi sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrilib. Hadisənin Azərbaycanda baş verdiyini düşünən görünütü paylaşanlar və reaksiya verənlərin mütləq əksəriyyəti bu hərəkəti edənin qısa müddətdə tapılıb cəzalandırılmasını tələb edir. Əməkdaşlarımız da mövzunu araşdırıb.

Bu görüntülər bir neçə gündür ki,sosial şəbəkələrdə və bəzi Kütəlivi informasiya vasitələrində yayılaraq istifadəçilər arasında geniş müzakirələrə səbəb oluB.

Uşağı döyəninin məhz onun atası olduğu ehtimal olunur. Videonu çəkən şəxs uşağı təpiklə vura vura "nənən səni hara aparmışdı" deyə sual verir. Aciz körpə isə onun əlində çırpınıb fəryad qoparır. Ürək parçalayan görünütün izləyən hər kəs bunu törədən şəxsin dərhal tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət edir. Çünki sosial şəbəkələrdəkilərin əksəriyyəti düşünür ki, hadisə Azərbaycanda baş verib.

Xəzər Xəbər olaraq baş vermiş bu hadisənin təfərrüatlarını araşdırdıq.Məlum oldu ki, hadisə bir müddət əvvəl İranda baş verib və hətta bununla bağlı iran televiziyaları xüsusi reportajda hazırlayıblar.

Artıq uşağı vəhşicəsinə döyən şəxsin İran qanunvericiliyinə əsasən cəzalandırlıdığıda bildirilir.

Amma hər halda hadisənin harada baş verməsindən asılı olmayaraq bu halın yolverilməz olduğu birmənalıdır. Bu cür hadisələri törədənlər hətta valideyn olsa belə bilməlidir ki, qanun qarşısında məsuliyyət daşıyır.

Əgər hadisəni törədən valşdeyndirsə bu cür hərəkətlər onun valideynlik hüquqndan məhrum edilməsi ilə nəticələnə bilər.

 

Xəbər lenti