Xəzər Xəbər

Avropa regionda əsas tərəfdaş kimi Azərbaycanı görür VİDEO

Veb TV | 20:53 • 26 Avqust 2018
Avropa regionda əsas tərəfdaş kimi Azərbaycanı görür

Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri gözlənildiyi kimi qarşılıqlı maraqlar əsasında qurulan pozitiv müzakirələrlə yadda qaldı. Bir daha aydın oldu ki, tərəflər iqtisadi əməkdaşlıq başda olmaqla tərfdaş ölkə kimi bir-birinin düzgün dəyərləndirir. Və fikirlərini kifayət qədər qəti və anlaşılan formada ifadə edir. Bu isə alqəlrin daha sürətlə inkişafına yaxşı zəmin yaradır.

Almaniya kanslerinin regiona səfrinin mərkəzində məhz Bakı görüşünün dayandığı hələ səfərdən əvvəl qərb mediyası və ekspertləri tərəfindən açıq dilə gətirilirdi. İstər avropa ittifaqı, istərsə də Almaniyanın özü üçün Azərbaycan regionun əsas söz sahibi ölkəsi kimi xüsusi çəkiyə malikldir. Bunu biz Bakıda keçirilən müzakirələrdə həm prezident İlham Əliyevin həm də Angela Merkelin fikirlərindən və bəyanatlarından da aydın gördük. Hər şeydən əvvəl aparılan müzakirələrdə rasional yanaşma özünü daha aydın göstəririrdi. Tərəflər əməkdaşlığın genişləndirilməsində və bunun konkret sahələr və planlar üzərində aparılmasındakı maraqlarını açıq ifadə etməklə ilk növbədə siyasi iradəni nümayiş etdirirdilər ki bu ən mühüm şərtdir.

Bu bir reallıqdır ki, Almaniya Azərbaycanın regiondakı liderlik mövqeyini görür və bunu düzgün qiymətləndirir. Son səfərdən sona cənub qafqazın digər ölkələrində də olan xanım kanslerin növbəti dəfə müqayisə aparıb nəticə çıxarmaq imkanları da olub. Azərbaycan nəyinki cənubi qafqaz iqtisadiyyatının 80 faizinə malik ölkədir həm də avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Merkel isə həm öz ölkəsi həm də Avropa İttifaqı adından bunu yüksək qiymətləndirdiyini açıq bəyan etdi. Cənub Qaz Dəhlizin verilən əhəmiyyət bunun ən bariz göstəricisidir.

 

Xanım kansler Azərbaycanın Rusiya və İranla qonşu ölkə olmasını xatırlatmaqla, əslinədə belə bir mürəkkəb regionda avropa ilə yüksək səviyyədə əməkdaşlıq qurmağın mümkünlüyünü yüksək qiymətləndirdiyini vurğulayırdı. Üstəlik Türkiyə olan münasibətlərin də dilə gətirilməsi böyük siyasi əhəmiyyət kəsb edirdi. Bu bir daha göstərdi ki Angela Merkel Azərbaycanın mövqeyinin və Azərbaycan Türkiyə münasibətlərinin bölgədə baş verən proseslərədəki həlledici faktor olduğunu dərk edir.

Təbii ki, səfər çərçivəsində siyai məsələlər və demokratik islahatların aparılması kimi mövzular da diqqət mərkəzində idi. Burada da prezident İlham Əliyevin qətiyyətli mövqeyi müəyyən maraqlı dairələrə manipuliyasiya üçün yer qoymur. Azərbaycan demokratik bir dövlətdir. Siyasi islahatları da iqtisadi islahatlarla paralel aparırır. Və bunu hər hansı bir öhdəliyə yaxud xaricdən gələn tövsiyəyə görə yox öz xalqının rifahına görə edir.

Amma görünən odur ki bu reallıqlarla barışmaq istəməyən qüvvələr məhz əsassız və mücərrət ittihamlarla nəyəsə nail olmaqda israrlıdır. Almaniyanın nüfuzlu Doyuş Velle mətbu orqanının jurnalistinin prezident İlham Əliyevə ünvanladığı sual da bunu göstərdi. Sualdakı qeyri-peşəkarlıq, hazırlıqsızlıq gülünc yaratmaqla yanaşı onun sifarişlə hazırlanmasına da şübhə yeri qoymurdu. Belə ki xanım jurnalist avropa şurası ilə yaxından uzaqdan heç bir əlaqəsi olmayan Əfqanıstanla Azərbaycanı səhv salır, müxalifət lideri adlandırdığı İlqar Məmədovun soyadını belə düzgün bilmir. Bir jurnalistin xəbərsiz olduğu coğrafiyadan və proseslərdə sual verməsi onun qeyripeşəkarlığına, dəlalət etdiyi qədər də sualın sifariş olduğunu göstərir.

 

Təbii ki sualın ünvanlandırılıdığı prezident İlham Əliyev də bunun fərqində idi. Amma xanım jurnalisti pert etməmək üçün sualı korrektə etməyə belə lüzum duymayan dövlət başçısı alicənablıq və təmkinlə bu sualı cavablandırdı. Özü də kifayət qədər məntiqli arqumentlərlə. Yəqinki bu həmin sifarişi verənlərə ən tutarlı cavabdır. Azərbaycanla istənilən sahədə əməkdaşlıq etmək istəyənlərə qapı hər zaman açıqdır. Yox hansısa qüvvələr bundan sui istifadə təzyiq vasitəsi əldə etmək, imtiyaz və güzəşt qoparmaq istəyirsə bu mümkün olmaycaq. Çünki Azərbaycan öz tərfdaşları ilə münasibətini qarşılıqlı maraqlar və bərabərhüquqluluq prinsipləri çərçivəsində qurur. Rəsmi Bakı onun üçün ən həssas məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həllində belə hər hansı bir dövlətdən güzəşt istəmir. Sadəcə ədalət prinsiplərinin bərqərar olmasını tələb edir. Elə Angela Merkellə görüşdə də prezidnet İlham Əliyev bunu bəyan etdi.

 

Xəbər lenti