Xəzər Xəbər

Prezident Şamaxı və İsmayıllıda açılışlar etdi VİDEO

Veb TV | 20:56 • 26 Avqust 2018
Prezident Şamaxı və İsmayıllıda açılışlar etdi

Prezident İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində Şamaxı və İsmayıllı rayonlarında olub. Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın bu bölgəyə səfəri bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlmatdar olub.

Prezident İlham Əliyev və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsiBlər.

Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. Görülən tədbirlər nəticəsində bu yaşayış məskən turizm nöqteyi nəzərdən maraqlı bir məkana çevrilib. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, "Azərxalça" ASC-nin guşəsi, suvenir mağazası və "ABAD" dükanları, avtomobil dayanacağı yaradılıb, "Qala" və bulaq kompleksi inşa edilib.

Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.

 

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında da iştirak ediblər.

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Dəmirçi-Lahıc avtomobil yolu uzun müddət təmir olunmadığı və yola asfalt döşənmədiyi üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla yanaşı, turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və abad yolla getməsinə imkan yaradacaq.

Dövlət başçısı və xanımı İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər. 400 şagird yerlik Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.

Səfər çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimi də baş tutub. Lahıc qəsəbəsi və ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırdılar.

Daha sonra dövlət başçısı və birinci xanım Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lahıc qəsəbəsində inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim-xalçaçı, papaqçı, tikmə-əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxıblar, sənətkarlarla söhbət ediblər. Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb. Söhbət etdilər. Sakinlər dövlətn başçısı və xanımı ilə xatirə şəkilləri çəkdirdilər.

 

Xəbər lenti