Xəzər Xəbər

Fermerlər günəbaxan yığımına başlayıblar VİDEO

Veb TV | 20:46 • 26 Avqust 2018
Fermerlər günəbaxan yığımına başlayıblar

Hektarlarla sahələrdə günəbaxan bitkisinin biçiminə başlanılıb. Məhsulun yığımı əl kombayınları vasitəsilə həyata keçirilir.

Ağstafada günəbaxan bitkisini əkən fermerlər builki məhsuldarlıqdan razıdırlar. 800 hektara yaxın ərazidən toplanan günəbaxanın məhsuldarlığı orta hesabla bir hektara 25-30 sentnerdir. Ötən illə müqayisədə builki satış qiymətləri də təsərrüfat sahiblərini qane edir.Qiymətlər tumun ölçüsünə uyğun 10 qəpikdən 1 azn 50 qəpiyədək dəyişir. Ölkə daxili tuma olan tələbatı tamlığı ilə ödəyən fermerlər xarici bazarlara da çıxmağı planlaşdırırlar.

Günəbaxan bitkisini becərməyin sərfəli olduğunu deyən təsərrüfat sahibləri deyirlər ki, onun dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə mal-qara yemi kimi istifadə edilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində də texnikadan istifadə edilir. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.

Xəbər lenti