Xəzər Xəbər

Bu gün Mehriban Əliyevanın ad günüdür - Humanzim, mərhəmət və xeyirxahlıq simvolu - VİDEO

Veb TV | 20:55 • 26 Avqust 2018
Bu gün Mehriban Əliyevanın ad günüdür -

Tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman ən yüksək standartları hədəf götürən Mehriban Əliyeva öz fəaliyyəti ilə humanizm, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilib. Bu isə daim onun üzərinə daha böyük məsuliyyətlər qoyub. Amma Mehriban Əliyevaöz şəxsi keyfiyyətləri, dərin zəkası və bacarığı ilə nəyinki ona tapşırılan vəzifənin öhdəsindən gəlib, tələb və standartları yüksəldib.

Azərbaycanın siyasi tarixində birinci xanım statusunun formalşması sırf onun adı ilə bağlıdır. Amma Mehriban xanımın simasında bu,ictimai-sosial statusdan daha böyük bir mənanı ifadə etdi. Först ledi- xeyirxahlıq, humanizm, xoşməramlılıq insanpərvərliilk simvoluna çevrildi. Bu dəyərlər Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutan Heydər Əliyev Fondunun da fəaliyyət prinsiplərini təşkil etdi.

Mehriban Əliyevanın rəhbərliyində fondun həyata keçirdiyi layihələrgördüyü işlər sözün əsl mənasında mislisizdir. Təhsil, elm, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman kimi sferaları əhatə edən bu layihələr eyni zamanda Azərbaycanın dünyada ən yüksək səviyyədətəbliğini həyata keçirir.

Xalqımız hər zaman tolerantlıq və multikulturalizm kimi dəyərlərin daşıyıcısı olmaqla qürur duyub. Amma bunun dünyada təbliği bütünü dünyanın Azərbaycan məhz bu keyfiyyətləri ilə tanımasında Heydər Əliyev Fondunun və şəxsən Mehriban Əliyevanın xidmətləri böyükdür.

Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə vəincəsənətinə verdiyi tövhələr də əvzsizdir. Qədim mədəni irsin bərpası qorunmasıvə dünyada təbliği ilə bağlı görülən işlərin nəticəsidir ki bu gün o Azərbaycan mədəniyyətinin hamisi adlandırılır.

Mehriban Əliyevanın fəaliyyətindəMilli Məclisin deputatı kimi gördüyü işlər də xüsusi yer tutur. Hər zaman insanların mürəacətlərnə qayğıyla yanaşanMehriban Əliyevanın gördüyü işlər ona nəyinki seçiclərinin bütün Azərbaycan xalqının rəğbətini qazandırıb. Onun təşəbbüsü ilə qəbul olunana amnistiya aktları 10 minlərlə insanın həyatını dəyişib.

Mehriban Əliyeva həm də yüksək təşkilatçılıq qabilyəti ilə fərqlənib. Məhz bu keyfiyyətiölkəmiz üçün böyük önəm kəsb edən tədbirlərin məsuliyyətinin məhz ona tapşırılması ilə nəticələnib. Təsadüfi deyil ki Avroviziya, Birinci Avropa Oyunları, Islam Həmrəyliyi kimi mötəbər tədbirlərin təşkilat komitəsinə məhz Mehriban Əliyeva rəhbərlik edib. Bu tədbirlərin nə yüksək səviyyədə keçirilməsi isə və bütün dünyada birmənalı şəkildə qəbul olunur.

Dərin zəkası, təcrübəsi və idarəçilik bacarığı Mehriban Əliyevanı müvəffəqiyyətlərə daşımaqla bərabərüzərinə düşən məsuliyyəti də biro qədər artırıb.

Prezident İlham Əliyevin xalqımız və Dövlətimiz qarşısındakı xidmətlərini nəzərə Alaraq Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti təyin etməsi böyük siyasi və ictimai əhəmiyyəti olan hadisə idi. Dövlət başçısnın bu təyinatı əslində Azərbaycan xalqının iradəsini və istəklərini ifadə edirdi. Amma öz təbiyyəti xarakterindən irəli gələrək Mehriban Əliyevabunayenə xalqına xidmət üçün yeni bir missiya və ciddi məsuliyyət kimi baxır.

Azərbaycanda ilk dəfə təsis olunanbirinci vitse-prezident vəzifəsi də Mehriban Əliyevanın şəxsiyyəti ilə sanki bütövləşdi. O qısa müddətdəprezident İlham Əliyevin etimadını nəyinki doğrultu, dövlət başçısının yürütdüyü siyasətin ən böyük dəstəkçisi olduğunu sübut etdi. Xüsusi ilə sosial sahədə həyata keçirilən layihələr, insanların üzləşdiyi problemlərinin aradan qaldırılması, xüsusi qayğıya ehtiyacı olan təbəqəlrə dövlət diqqətinin daha da artırılması birinci vitse prezidentlik institunun cəmiyyət üçün nə qədər vacib bir əhəmiyyət kəsb etdiyini nümayiş etdirdi. Bütün bunlara isə mehriban əliyeva dövlətçiliyə sadiqliyi vətən və xalqa sevgisi, dərin zəkası və bacarığı ilə nail oldu.

Xəbər lenti

Çox oxunanlar