22 avqust tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı bildirilirdi.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu. Bu gün Həmin şəxs 1927-ci il təvəllüdlü Yevlax sakini Rza Süleymanovun meyiti Qarxun kəndi ərazisindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.