Bakının Xətai rayonunda yeni salınan idman-əyləncə park kompleksi dünəndən sakinlərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə salınan park vətəndaşların ürəyincə olub
Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir.
Sakinlər deyir ki, istirahət etmək üçün yaxınlıqda bu cür parkın salınması sevindiricidir.
Parkda xüsusi dizayn və üslubu ilə fərqlənən müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər quraşdırılıb. Yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib
İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə yerləşir.