Xəzər Xəbər

Avtobus sürücüləri harada gəldi saxlayır yolun ortasında sərnişin düşürürlər- VİDEO

Veb TV | 20:55 • 25 Avqust 2018
Avtobus sürücüləri harada gəldi saxlayır
Sabunçu-Zabrat yolunda xüsusilə də günün pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq üçün sözügedən yolda bir müddət əvvəl müəyyən işlər görüldü. Daha doğrusu, dayanacaqlar yerüstü piyada keçidinin yaxınlığından bir az kənara çəkildi. İndi həmin dayanacaqlar sərnişin üzünə həsrət qalıb. Avtobuslar əvvəlki yerdə dayandığı üçün sərnişinlər də məcbur qalıb orda dururlar. Bir sözlə, yolda əvvəlki problem yenə də qalmaqdadır.

Dayanacaqdan kənarda avtobusu saxlayıb sərnişin düşürür. Sürücülər isə çəkiliş apardığımızı görən kimi əli ilə üzünü gizlədib dayanacağa doğru hərəkət edir.

Görüntülər paytaxtın Sabunçu-Zabrat yolundandır. Günün pik saatlarında yolda hərəkətə mane olan amillərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi müəyyən dəyişikliklər edib. Amma görünən odur ki, bu dəyişikliyə riayət edən bir dənə də olsun avtobus sürücüsü yoxdur.

Hətta yolda dəyşiklik zamanı yerüstü piyada keçidinin yaxınlığında - hər iki hissədə səki boyunca dəmir məhəccərlər vurulub ki, avtobuslar həmin ərazidə saxlayıb sərnişin düşürməsin.

Avtobuslar keçidin yanında dayandığı üçün sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşməli olurlar. Bu da onların təhlükəsizlikləri baxımından ciddi risk yaradır. Mövcud mənzərə həmin yoldan istifadə edən sürücülərin də narazılığına səbəb olur.

Sürücülər isə bu addımlarını sərnişinlərin onları həmin ərazidə gözləmələri ilə əlaqələndirirlər. Halbuki əgər sürücü avtobusu yalnız dayanacaqda saxlasa, sərnişinlər də məcbur qalıb orda dayanarlar. Bir neçə saat həmin ərazidə apardığımız çəkiliş zamanı şahidi olduq ki, qəsəbələrdən üzü ''Koroğlu'' mübadilə mərkəzinə doğru hərəkət edən bütün avtobuslar dayanacaqda saxlamır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sekrtor müdri Mais Ağayev ''Xəzər Xəbər''ə bildirdi ki, qeyd edilən ünvanda nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə yeni dayanacaq məntəqələri müəyyən edilib. Bununla bağlı daşıyıcılara da müvafiq xəbərdarlıq olunub. Məsələ ilə bağlı həmin yoldan keçən marşrut xətləri üzrə daşıyıcılar Bakı Nəqliyyat Agentliyinə çağırılacaq..

 

Xəbər lenti

Çox oxunanlar