Xəzər Xəbər

Qurban bayramında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 2 gündə 3362 nəfər xəstəxanaya müraciət etdi - VİDEO

Veb TV | 14:09 • 25 Avqust 2018
Qurban bayramında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:

Türkiyənin Sakarya vilayətinin Qarasu şəhərində kütləvi zəhərlənmə baş verib.

Qurban bayramında iki gün ərzində 3362 nəfər xəstəxanaya müraciət edib.

Müraciət edənlərin 1516 nəfərində ürəkbulanma, qusma, qarın ağrısı və izhal aşkarlanıb. Xəstələrin həddindən artıq istifadə edilən şəhər və hotel hovuzları başda olmaqla, kəskin istilər və köhnəlmiş qidalardan xəstələndiyi bildirilib.

Onlar qısa müddətdə müalicə edilib və ambulator müalicəyə buraxılıb. Bölgədə xəstəxana personalı 3 qat artırılıb./publika.az

Xəbər lenti