Türkiyədə kriminal avtoritetlər arasında baş vermiş davanın videosu yayılıb.
Müşahidə kamerasından çəkilən kadrlara əsasən, qanuni oğrular – Mindiya Qoradze (Lavasoğlu) və Ceyran Kinsuraşvilinin yaxınları ilə birlikdə söhbət apardığı görünür.
Az sonra isə anlaşılmazlıq yaranır və əsəblərinə hakim ola bilməyən avtoritetlər dava edirlər.
Hadisənin avqustun 12-də Türkiyənin Hopa şəhərində baş verdiyi bildirilir./publika.az