Xəzər Xəbər

Merkelin regiona səfərində əsas müzakirələr Bakıda aparılacaq VİDEO

Veb TV | 20:54 • 24 Avqust 2018
Merkelin regiona səfərində əsas müzakirələr Bakıda aparılacaq

Almaniya kansleri Angela Merkelin regiona səfərinin mərkəzində Bakıda nəzərdə tutulan müzakirələr dayanır. Qərb mediyası səfər çərçivəsində məhz Merkelin Bakı səfərinə fokuslanıb. Səbəb isə sadədir regionunlider ölkəsi Azərbaycandır və əsas müzakirələr Azərbaycanın öndərliyində reallaşan Cənub Qaz Dəhlizi Layihəsinin genişləndirilməsi ətrafında olacaq.

Baxmayaraq ki Merkelin digər qafqaz ölkəlri Gürcüstan və Ermənistana səfri artqı reallaşıb. Amma qərb mediyası bu ölkələrdəkeçirilən görüşlər və verilən bəyanatlardan çox bakıdakeçiriləcək müzakirələr üzərində köklənib. Mediya qurumları rəsmi mənbələr və ekspert şərhləri əsasındahaızrladıqları materiallarda açıq ifadə edirlər ki, xanım kanslerin səfərində əsas məqsəd rəsmi Bakı ilə Cənub Qaz Dəhlizi Layihəsinin imkanlarının genişləndirilməsidir. Avropanın əsas iqtisadi mərkəzi olan Almaniya Avropa İttifaqının da lokomotivi rolunu oynayır. Merkel digər region ölkəlrinin Cənub Qaz Dəhlizinə qoşulması arzusunu ifadə edəcək. Siyasi elmlər doktoru professor millət vəkili Elman Nəsirov deyir ki Almaniya Azərbaycanın bu məsələdə həlledici söz sahibi ölkə olması reallığını qiymətləndirir.

Azərbaycanı digər qafqaz ölkəlrindən fərqləndirən əsa xüsusiyyətlərdən biri də odur ki, Azərbaycna iqtisadi müstəqiliyini təmin etmiş ölkədir. Qarşılqılı faydalı əməkdaşlıq təklif edir. Rəsmi Bakının mövqeyində qətiyyət var. Birtərəfli qaydadahər hansı bir siyasi iqtisadi imtiyaz istəyi yoxdur.Təbii ki Azərbaycanın təklif etdiyi əmkdaşlıq fonunda müəyyən siyasi gözləntiləri də var. Amma bunlar belə ədalət və beynəlxalq hüquq prinsiplərinə söykənir. Söhbət Dağlıq Qarabağ münaqişəsinəmünasibətdən gedir.

Angela Merkelin regiona səfərində qərb mediyasının əsasasənməhz Azərbaycan üzərində dayanması isə bir çox dairələr tərəfindən ciddi qısqanclıq və narahatçılıqla qarşılanır.Bu narahatçılıq ilk növbədə Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi prespektivlərindən irəli gəlir. Təbii ki layihənin xüsusi ilə də TAP hissəsinin reallaşmasını istəməyənmüəyyən dairələr var. Şimal axını layihəsi ilə bağlı tərəddüdlər və qeyri müəyyənliklər fonunda Cənub Qaz Dəhlizinin genişləndirilməsi imkanlarının genişləndirilməsinin müzakirəsi onları aktivləşdirib. Digər narahat qrup isə mühacir tacirləridir. Almaniyadan sığınacaq almaq istəyən 52 Azərbaycanlının deportasiyası həmin dairləri elə qıcıqlandırıb ki onalar indi Azərbaycan əleyhinə və merkeli səfərinə kölgə salmaq naminəbütün qüvvələrşə əməkdaşlıq etməyədaha doğrusu onların əlində alət olmağa hazırdır. Səfərin müsbət nəticələnəcəyindən narahat olan digər dairləri isə ənəvəi qruplar adlandırmaq olar. Onalar Azərbyacana siyasi təziq vasitəsi kimi istifadə olunan dıranağarası demokratiya və insan haqları fədaidiləri və erməni lobbisidir.

Amma bütün bunlar bir həqiqəti dərk etməlidirlər ki, real əməkdaşlıq ruhu, absurd ambisiyalar və siyasi illuziyalardan hər zaman üstün olub. Bakı səfərinin məğzində də məhz qarşlıqlı iqtisadi maraqlar dayanır.

Xəbər lenti

Çox oxunanlar