Sürücülər ensiz yolun kənarında avtomobillərini 2 cərgə park ediblər. Nəticədə belə bir mənzərə yaranıb.
Bura paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin qarşısıdır. Xüsusi dayanacağı olmadığı üçün şirkətdə faəliyyət göstərən taksilərin sürücüləri maşınlarını yol kənarında saxlayır. Yoldan istifadə edən digər sürücülər bu səbəbdən tıxacda qalır, yaxudda əks zolağa çıxıb qəza şəraiti yaradırlar.
Xəzər Xəbərə müraciət edən bir neçə sürücünin şikayyətini nəzərə alaraq həmin ərazidə vəziyyəti araşdırdıq. Ərazidə çəkiliş apardığımız zaman həqiqətəndə yolda tıxacın yarandığının şahidi olduq. Məlum oldu ki, yolun sağ hərəkət zolağında bir taksi şirkətinin ofisi yerləşdiyindən bura günün müxtəlif saatlarında taksi sürücüləri gəlir, yolun həm sağ, həm də sol zolağında avtomobilləri 2 cərgə saxlayırlar. Bu da həmin yoldan istifadə edən sürücülərin haqlı narazılığına səbəb olur.
Taksi şirkətinin nümayəndəsi isə deyilənlərlə razılaşmayaraq bildirdi ki,onların şirkətində çalışan sürücüləravtomobillərini yolun kənarında yox, başqa ərazidə saxlayırlar.
Ancaq görüntülərdən də aydın olur ki, taksi sürücüləri avtomobillərinin məhz ofisin qarşısında, yolun kənarında saxlayıblar. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, həmin taksi sürücüləri fərdi qaydada fəaliyyət göstərdiyindən onlar yol polisi tərəfindən daynma-durma qaydasını pozduqlarına görə 20 manat cərimə edilə bilər.