Bakıda zibil qutusundan doğranmış kişi qolu tapılıb.
Hadisə ötən gün saat 13 radələrində paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən aşkar edilib. Çevik polis alayının əməkdaşları ''köhnə atçılıq'' kimi tanınan ərazidəxidmət apararkən, yol kənarında olan məşiət tullantıları üçün qabın yanından kişi cinsinə məxsus dirsəkdən aşağı qol tapıblar.
Hadisə ilə bağlı dərhal 31-ci polis bölməsinə məlumat verilib. Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar.
Qolun kimə məxsus olduğu hələki bilinmir. Fakta görə cinayət işi başlanıb.