Xəzər Xəbər

146 İLLİK MÜƏMMA: 1872-ci ildə batmış gəmini “Xəzər” TV çəkdi - VİDEO

Veb TV | 20:54 • 24 Avqust 2018
146 İLLİK MÜƏMMA:

Düz 146 il əvvə Xəzərin sularına qərq olmuş bir gəminin qalıqlarını ilk dəfə televiziyamızın əməkdaşları tapıb çəkdilər. "Çöl Adamı” verilişinin heyəti maraqlı, bir o qədər də riskli çəkilişin nəticəsində indiyə qədər bilinməyən detallar üzə çıxarıb.

Sahildən təxminən 30 kilometr aralıda, dənizin ortasında batmış bir gəmi. Hər parçasında hər hissəsində tarix qoxusu var. Gövdəsinin su üzərində qalan hissəsini yosun basıb. Bura ilanların yuvasına çevrilib. Su altında qalan hissəsi isə mərcan relyefini xatırladır. Xərçənglərin və xırda balıqların sığınacağına çevrilib.

Çöl adamı verilişinin çəkiliş heyətinin aşkarladığı batmış gəmi ilə bağlı ancaq səthi məlumatlar var. Bəzi mənbələrə əsasən gəmi 1872-ci ildə Rusiyadan Bakı buxtasına doğru hərəkət edərkən qasırğaya uğrayıb. Və məhz buradakı qaya parçasına dəyərək batıb və bütün heyəti həlak olub. Şahə qalxan dalğalar bütün heyətlə bərabər bu dəmir parçasını dənizin dibinə qərq edib. Bir ehtimal da ondan ibarətdir ki, bu Nobel qardaşlarına məxsus yük daşıyan bir gəmi olub.

Batmış gəmini tapmaq üçün olduqca təhlükəli və riskli bir çəkilişə qərar verən "Çöl Adamı” Kamal Dənizin peşəkar dalğıc olması bu işdə onun köməyinə çatıb. Su altındakı qalıqları tədqiq edən aparıcının gəldiyi qənaət belədir ki, bu iki çarxla işləyən buxar gəmisi olub.

Açılmamış bu tarixin, 146 illik müəmmanın təfərrüatlarını sabah saat 16.30- da efirə gedəcək "Çöl Adamı” verilişində izləyə biləcəksiz.

 

Xəbər lenti

Çox oxunanlar