Gürcüstana səfəri başa çatan Almaniya kansleri Angela Merkel Ermənistana gəlib.
İrəvanın "Zvartnots" hava limanında kansleri Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.
Yüksək səviyyəli danışıqlardan sonra, Merkellə Paşinyan birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar. Səfər çərçivəsində Merkel Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcək.
Qeyd edək ki, proqrama əsasən, Almaniya kansleri Ermənistanda qondarma soyqırımın abidəsini ziyarət edəcək. /azvision.az