Almaniya kansleri Angela Merkel Gürcüstana səfəri zamanı "Şvidkatsa” ansamblı ilə kapella oxuyub. Bu barədə"MİR 24” telekanalı məlumat yayıb.
Almaniya kansleri ölkəyə səfərinin birinci günündə Tbilisi funikulyoruna minib və Mtatsminda dağından Gürcüstanın paytaxtına baxıb.
Qeyd edək ki, Merkel bu gün Zaqafqaziya turu çərçivəsində Ermənistana gedəcək. Bundan sonra isə onun təyyarəsi Azərbaycan paytaxtına eniş edəcək./FaktXəbər