Qərb dövlətləri xüsusi ilə Almaniya ikitərəfli münasibətlərdə rasional yanaşma tərəfdarıdırlar. Ona görə də almaniya üçün qafqazda əməkdaşlıq üçün ən mühüm ölkə Azərbaycandır. Almaniya kansleri Angela Merkelin regiona səfərini şərh edən ekspertlər bu fikirdədir.
Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri region ölkələri ilə yanaşı digər maraqlı ölkələr tərəfindən də diqqətlə izlənilir. Siyasi şərhçilər isə hesab edir ki, iqtisadi cəhətdən avropanın lokomotivi olan Almaniyanın Federal Kansleri Merkelin səfərində əsas diqqətlər məhz Azərbaycana yönələcək.
Politoloq millət vəkili Aydın Mirzəzadə deyir ki, Azərbaycan avropa ölkələri o cümlədən də Almaniya üçün regionun əsas tərəfdaş ölkəsidir. Çünki rəsmi Bakı konkret qarşılıqlı maraqlara və bərabərhüquqluluq prinsiplərə söykənən əməkdaşlıq təklif edir. Qarşı tərəfdən birmənalı nəsə ummur. Bunu isə Azərbaycanın müstəqil siyasəti şərtləndirir.
Azərbaycanın avropanın enerji təhlükəsizliyində oynadığı rolunun artması həyata keçirilən meqa layihələr, avropa və asiya arasındakı nəqliyyat tranzit imkanlarında Azərbaycanın təqdim etdiyi alternativlər də onu göstəririr ki Merkelin Bakıda müzakirə ediləsi daha çox məsələsi var.
Sırf Azərbaycan və Ermənistan konteksində məsələyə yanaşdıqda isə minsk qrupuna üzv olan digər ölkələri ilə müqayisə də Almaniyanın statusu bir qədər fərqlidir. Xüsusi ilə də həmsədr ölkələrlə. Çünki Fransa, Rusiya və ABŞ-dan fərqli olaraq erməni diasporu Almaniyada ciddi təsir imkanlarına sahib deyil. Ümumiyyətlə Almaniyada diasporların təsir imkanları digər ölkələrlə müqayisədədə zəifdir. Bu isə öləknin istərr daxili istərsə də xarici siyasətindəki, rasional yanaşmadan irəli gəlir.