Xəzər Xəbər

Sumqayıtda avtomobil yolu çökdü VİDEO

Veb TV | 20:50 • 23 Avqust 2018
Sumqayıtda avtomobil yolu çökdü

Sumqayıt şəhərində avtomobil yolu çöküb.

Hadisə Sumqayıtın 20-ci məhəlləsi Kamaran Hüseynov küçəsində baş verib. Ötən gün axşam saatlarında yolun asvalt örtüyünün qəfildən dağılması çökmə hadisəsinə səbəb olub. Əraziyə gələn yol tamamaiylə bağlanıb və alternativ yoldan istifadə olunur. Məsələ ilə bağlı aidiyyatı qrumlar əraziyə baxış keçiriblər .

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, avtomobil yolu kanalizasiya borusunun partlaması nəticəsində çöküb.

Çökmənin əsas səbəbi kimi magistral yolun altından keçən və istismar müddətini ötmüş 600 millimetr diametrli kanalizasiya xəttinin partlaması göstərilir. Bildirilir ki,kanalizasiya xəttinddəki nasazlıq şəhərdəki kanalizasiya sisteminə təsir göstərməyib.

Qeyd edək ki, həmin ərazidə yolun çökməsi hadisəsi bir neçə dəfə baş verib.

Xəbər lenti

Çox oxunanlar