Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, avqustun 22-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Amil Abbasov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlzamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurub.
Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.