Xəzər Xəbər

Bayram və antisanitariya: Yol kənarında qurbanlıq heyvan satılır VİDEO

Veb TV | 20:57 • 23 Avqust 2018
Bayram və antisanitariya: Yol kənarında qurbanlıq heyvan satılır

Qurbanlıq heyvanı kəsib qalıq hissələrini həm heyvanı kəsdilkəri əraziyə, həm də yolun kənarına atıblar. Baxmayaraq ki, heyvanların yol kənarında kəsimi və satışı qadağandır. Ancaq nə fayda bu ərazidə qaydaya əməl edən yoxdur.

Ərazidədə ki, üfunətdən belə dayanmaq qeyri-mümkündü.

Ərazidə çəkiliş apardığımız zaman heyvan kəsimi ilə məşğul olan şəxslər qaçıb gizlənməyi üstün tutdular.Satıcılar isə bu əməli onlar yox məhz qəssablar tərəfindən törədildiyini bildirirlər.

Yolun kənarında yaranan bu antisanitariyanın qarşısının niyə vaxtında alınmamasının səbəbini araşdırmaq üçün əraziyə cavabdeh şəxlərin axtarışına çıxdıq.Ancaq heç bir nəticə əldə olunmadı.

Görünən odur ki,bu ərazidə nəzarət demək olar ki, yox səviyyəsindədır.

Məhəmmədi qəsəbəsinə gedən yolun kənarında satışı həyata keçirən bu gənc əvvəlcə müvafiq icra orqanlarından icazə aldıqlarını dedi. Daha sonra heç bir qrumdan icazə almadan xırdabuynuzlu heyvanların satışını və kəsimini ötən gündən apardıqlarını etiraf etdi.

Həmin şəxslər elə yol kənarında antisanitar qaydada heyvanı kəsib satışını da aparırlar. Kəsilən heyvanların dərisi, başı ayağı və içalatı da elə kəsim yerində necə gəldi atılır.

Bu satıcı da yol kənarında heyvan satmaq üçün icra orqanlarından icazə aldığını deyir. İcazə üçün heç bir sənədi olmayan bu şəxs bayramdan 2 gün qabadan yol kənarında qoyun satır.

Yaşanan mənzərə onu deməyə tam əsas verir ki, adı çəkilən bu rayonlarda bu məsələlərə birbaşa cavabdeh olan müvafiq icara orqanları tərəfindən heç bir nəzərat aparılmır.

Xəbər lenti