Xəzər Xəbər

Qurbanlıq bəzəmək əndazədən çıxıb - Bu dini cəhətdən də düzgün hesbab olunmur - VİDEO

Veb TV | 20:59 • 23 Avqust 2018
Qurbanlıq bəzəmək əndazədən çıxıb -

Qurbamlıq heyvan gəlin kimi bəzədildi. Üstəlik görüntülər sosial şəbəklərdə böyük mara ağa səbəb oldu. Bu hal özüdə göstərir ki, bəzi insanların bu işi necə deyərlər əndazədən çıxarıb.İlahiyyatçılar belə halların yolverilməz olduğunu və qurban bayramının həqiqi mahiyyətindən uzaqlaşdırdığını deyirlər.

Başında gəlinlik fatası, ayağında ağ tüldən ayaqqabı, buynuzundan isə ağ mirvari sallanır.

Qurbanlıq bayramı ərəfəsində bu tip görüntülər az qala ənənə halını alıb. Hətta işi əndazəsində çıxarıb qoçu gəlin kimi bəzəyənlər də var. Halbuki doğru bildiyimiz bu adət kökündən yalnışdır.

Xüsusi ilə qurbanlıq heyvanın bu cür bəzədilməsi nişanlı oğlan tərəfi edir. Qız qapısına qurbanlıq heyvan apararkən heyvanı bu şəkildə bəzəyirlər. Kimi isə heyvanı alan kimi başına xına qoyıb, qırmızı paltara bürüyür.

Hələ üstəlik həmin heyvanın şəklini və yaxudda videosunu çəkərək sosial şəbəkələrdə də paylaşırlar. İlahiyatçı Mirhəmid Məmmədov deyir ki, qız qapısına qurbanlıq heyvan aparmaq köhnə adətdir. Amma qoyunun belə bəzədilməsi dində günahdır.

Din xadimi deyir ki, insanlar bunu etməklə dini milli adət ənənənələrimizə kölgə salırlar. Mirhəmid Məmmədov bunun insanlar arasında dəb halına salınmasını heyvan paltarlarını xaricdən gətirən işbazlar bilərəkdən edirlər.

Əslində qurban bayramında kəsilən hevanlar Allah yolunda kəsilir. Dini mahiyyət kəsb edir və bir ibadətdir. Bunun nişanlı olan cütlüklər arasında qız evinə aparması belə onu həqiqi mahiyyətindən uzaqlaşdırır. İlahiyyatçılar hesab edir ki qız evinə göndərilən qurbanlıqları bu bayram günüdədə göndərmək olar. Bu zaman insanlarəsas niyyətlərini ortaya qoymuş olarlar.

Xəbər lenti

Çox oxunanlar