Kür çayında yaşlı kişi batıb. Hadisə çayın Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
Ətrafda olan sakinlər körpünün yaxınlığında suda cəsəd olduğunu görərək adiyyatı qurumları məlumatlandırıblar.
Dərhal həmin əraziyə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Batan şəxsin hələ ki şəxsiyyəti məlum olmasa da onun təxminən 80-85 yaşlarında olduğu bildirilir.
Su axar olduğundan cəsədi hələki çıxarmaq mümkün olmayıb. Hazırda axtarışlar davam etdirilir.