1993-cü il avqustun 23-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Işğal nəticəsində Füzuli sakinlərindən 657-si şəhid olub, 181 nəfəri isə əsir və itkin düşüb 400-ü nəfər isə müharibə əlili olub. Cəbrayıl rayonu 400-ə yaxın şəhid verib. 91 nəfər itkin düşüb. 177 nəfər isə əlili olub. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib.Hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxını rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. işğal zamanı hər iki rayonda çoxlu sayda inftaruktur obyektləri və maddi mədəni abidələr dağıdılıb.
Məsələ ilə bağlı Xarici Işlər Nazirliyi bəyanat yayıb. Nazirliyin sözcüsü Hikmət Hacıyev bildirib ki, Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir.
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənilib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub.
Yalnız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 yanvar 1994-cü il tarixindən etibarən həyata keçirdiyi əks-həmlə tədbirləri nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraitinin təmin olunmasından sonra Azərbaycan hökuməti tərəfindən kəndin minalardan təmizlənməsi, yenidən qurulması və məcburi köçkünlərin kəndə geri qayıtması təmin olunub.
Bəyantda o da xüsusi vurğulanır ki, Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".