Sosial şəbəkələrin populyarlığı artdıqca gözəllik ayinləri də çoxalır. Qızlar instaqrmada paylaşdıqları fotolarda cazibədar düşmək üçün bütün hiylələrə əl atır.
Asiyanın müxtəlif hissələrində, məsələn, Çində və Koreyada plastik və estetik əməliyyat nəticəsində qızlar tamamilə dəyişərək tanınmaz hala salınır. Plastik və estetik əməliyyatlar etməyə imkanı çatmayan bəzi qızlar isə özünü makiyajla dəyişdirir. Onlar üçün artıq makiyaj sadəcə qüsurları örtmək və gözəlliyini vurğulayan vasitə deyil. Makiyaj həm də süni kirpiklər, örtücü tonal kremlər və digər hər cür hiylələrlə üzün formasını və simanı dəyişdirmək üçün bir üsuldur. Qısası, bu ölkələrdə insanlar, xüsusilə qızlar gözəlliyin yaradılması sahəsində tamamilə yeni yaradıcılıq səviyyəsinə nail olub.
Publika.az xəbər verir ki, asiyalı qızların makiyajı sildikdən sonra tanınmaz hala düşən fotoları sosial şəbəkələrdə yayılıb. Qızlarn şokedici fotolarını təqdim edirik: