ABŞ-ın Sandia Milli Laboratoriyası F-15 "Strayk İql” qırıcısından B61 nüvə bombasının atılmasını təsvir edən kadrları yayıb.
Video təşkilatın yutub kanalında dərc edilib.
Videoçarxda iki hadisə göstərilib. Onlardan birində Amerika hərbi təyyarəsi böyük hündürlükdə, ikinci halda isə 270 metrdən bir az çox hündürlükdə uçuş zamanı taktik nüvə silahını atır.
Bombanın düşməsi zamanı paraşüt açılır. Onun nüvə yükünün olmadığı bildirilir.
Həmçinin qeyd edilir ki, sınaqlar iyulun 11-də Nevada ştatının Tonopa poliqonunda keçirilib./publika.az