Müqəddəs Qurban Bayramında rayonlarda da heyvanlar kəsilib, aztəminatlı ailələrə paylanılıb. Qurbanlıq heyvanlar xüsusi ayrılmış yerlərdə kəsilib.
Bu gün bölgələrdə də qurbanlar kəsilib, ailələrə paylanıb.
Gəncədə qurbanlıq heyvanlar Qida Təhlükəsizliyi AgentliyininRegional şöbəsinin əməkdaşlarının nəzarəti altında xüsusi ayrılmış yerlərdə kəsilib. Qurban ətlərindən nümunələr götürülərək, Agentliyin nəzarət məntəqələrində laborator analizi də aparılıb.
Qurban bayramı ilə əlaqədar olaraq baytarlıq-sanitariya normalarına uyğun kəsim yerlərində qəssablar təlimatlandırılıb və xüsusi geyim formaları ilətəmin olunublar.
Qurban bayramında Şamaxı və İsmayıllı rayonlarında da qurbanlar kəsilərək paylanıb. Kəsimə baytar həkimlər nəzarət ediblər.
İsmayıllıda 1500-dən çox ailəyə qurban əti paylanıb. Qurban kəsimi sabah da davam edəcək.