Paytaxtda qurban satış və kəsim mərkəzlərində minlərlə heyvan kəsilir.Əksər hallarda qurban sahibləri onların dərisini və başayağını elə kəsim məntəqlərinədə qoyub gedirlər. Bəs görəsən həmin qurban qalıqlarının aqibəti necə olur? Əməkdaşlarımız bu məsələni də araşdırıb.
Minlərlə heyvan kəsilir və təbii ki bir oqədər dəhəmin heyvanların dərisiə və başayaqları toplanır.
Qurbanlıq heyvanların qalıqlarınınsahibi tərəfindən satılmasın dini qaydalara ziddir. Elə buna görə də çox nadir hallarda quban sahiblər onun dərisin vəbaş ayağını özləri işlə aparırlar.
Əksər hallarda isə qurban sahibləri qalıqları götürmürlər. Belə olan halda nə qədər dəri, baş-ayaq və içalat yığıldığını təsəvvür etmək çətin deyil. Bəs belə olan halda həmin heyvan qalıqları necə istifadə olunur.
Qida Təhlükəsizliyi Agentliyinin 23 saylı kəsim mərkəzindəki baytar-mütəxəssisi Mehman Əliyev bildirir ki, həmin hissələr xüsusi ayrılmış avtomobilə qoyularaq tullantı yerinə aparılır.
Hər halda dünyanın süni və sintetik məhsullarıdan imtina etdiyi bir ərəfədə bu heyvan qalıqları bir çox məhsul o cümlədən dəri məmulatları tibb sahəsində istifadə olunan saplar və digər məhsullar üçüntəbii xammal ola bilər. Ona görədə onun məhv edilməsi məqsədəuyğun deyil.