Yay aylarında süfrələrin əsas təamları olan pomidor və xiyar bahalaşıb. Qiymətlərdə 1 manata qədər artım müşahidə olunur. Əməkdaşlarımız paytaxt bazarlarında olublar və bu artımın səbəbləri ilə maraqlanıblar.
Son günlər paytaxt bazarlarında pomidor və xiyar bahalaşıb.
Bu tərəvəzlərin qiymətində 40-50 qəpik, bəzi sortlarda isə 1 manata qədər artım müşahidə olunur. Hazırda pomidorun 1 kiloqramının qiyməti 1-3, xiyarın qiyməti isə 1-2 manat 50 qəpik arasında dəyişir. Alıcılar da qiymət artımının olduğunu deyirlər.
Qiymət artımını satıcılar da təsdiqləyirlər.
Satıcılar deyirlər ki, yağışlı havalar səngiməsə və bazarda məhsul bol olmasa, qiymətlərdə ucuzlaşma olmayacaq.