Xəzər Xəbər

Bakıda qurbanlar kəsilir, bayram qeyd olunur VİDEO

Veb TV | 20:52 • 22 Avqust 2018
Bakıda qurbanlar kəsilir, bayram qeyd olunur

Bayram namazından sonra insanlar qurbanlarını kəsməyə başlayıblar. İnsanlar qurbanlıq satışı məntəqələrinə üz tutublar və qurbanlıqlarını alıblar.

Bir tərəfdə qurbanlıq heyvanların satışı həyata keçirilir. Digər tərəfdə isə qurbanlar kəsilərək soyulur.

Başqa bir tərəfdə isə soyulan heyvanları dərisi avtomobillərə yığılır

Bakıda əsl bayram ab-havası yaşanıb. Qurban yarmarkalarında sözün əsl mənasında insan izdihamı yaşanıb. Görüntülər Nərimanov rayonu təbriz küçəsi 1 ünvanında yerləşən qurbanlıq heyvanların kəsimi və satışı məntəqəsindədir.

Müsəlmanların müqəddəs bayramlarından olan qurban bayramı ilə əlaqədər insanlar səhərin erkən saatlarından kəsim məntəqələrinə üz tutublar.

Qurbanlar alınaraq elə yerindəcə kəsilib

Kəsim və satış qaydalarına riayyət etmək ü.ünsə adiyyatı qurumun nümayəndələri nəzarət edir.

Kəsim məntəqələrində Qida təhlükəsizliyi agentliyinin baytar həkimləri də xidmət göstərib. Kəsimə gətirilən heyvanların sağlamlığı elə yerindəcə yoxlanılıb.

Bundan başqa qurban kəsim məntəqələrində Kənd təsərrüfatı nazirliyinin dəsdəyi ilə gətirilən heyvanların da satışı aparılır. Bu heyvanların qiyməti isə minimum 160 manatdan başlayır.

Xəbər lenti

Çox oxunanlar