Bu il məhərrəmlik ayının başlanılma tarixi açıqlanıb. "Mənəvi Dəyərlərin Təbliği və Dini İcmalar" mövzusunda keçirilən konfransda çıxış edən Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı həmin ayda qəbul olunmayan əməllərdən danışıb.
Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq.
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq. Bunu komitə sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri deyib ki,Məhərrəm ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər. Ancaq Məhərrəmlik ayında zəncir vurmaq, özünə xətər yetirmək dini ayinlərin icrası zamanı yolverilməzdir.
Mubariz Qurbanlı Qurban bayramında heyvanların kəsilməəsi qaydası məsələsinə də toxunub. Bildirb ki, Qurbanlıq heyvanların qaydalara uyğun olmayan formada kəsilməsi yolverilməzdir.