Xəzər Xəbər

Yol Polisindən XƏBƏRDARLIQ - Bu sürücülər həbs ediləcək - VİDEO

Veb TV | 20:55 • 21 Avqust 2018
Yol Polisindən XƏBƏRDARLIQ -

Ötən bir həftə ərzində yol polisi qaydaları pozan 13 mindən çox sürücüyə protokol tərtib edib. Təssüflər olsun ki, bunlardan 108-i avtomobili sərxoş idarə edən sürücülərdir. Dəfələrlə xəbərdarlıq edilsə,cəzalar sərtləşdirilsə də görünən odur ki, hələ də öz həyatı ilə yanaşı başqa hərəkət iştrakçılarının həyatını təhlükəyə atan belə sürüclər var. Yol polisi belə sürücülərə bir daha xəbərdarlıq edir.

Bir həftə ərzində paytaxt yollarında 108-sürücü sərxoş vəziyyətdə saxlanılıb.

Bu barədə ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən həfə paytaxt ərazisində 21 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə də 4 nəfər ölüb, 33 nəfər də xəsarət alıb. Bölmə rəisi bu hadisələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisənin, 1 ölüm faktının, 7 xəsarətin azadlığını deyir.

Bölmə rəisi onu da bildirdi ki, sərxoş vəziyyətdə aşkar edilən 108-sürücüdən 50-si polisə tabe olmadığı üçün ərazi üzrə rayon məhkəmələrinin qərarı ilə sürücülük hüququndan məhrum edilməklə yanaşı 15-gündən 30-günə qədər inzibati qaydada həbs ediliblər.

Ötən həftə Bakı şəhərində yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi əməkdaşları tərəfindən xidmət aparılan zaman polisin qanuni tələbini yerinə yetirməyən, yəni saxlama işarəsinə əməl etməyən 51 sürücü, işıqforun qadağanedici işarəsində hərəkət edən 907 sürücü, yolayrıcının keçmə qaydasını pozan 4 min 219 sürücü aşkarlanıb ki, onlar barəsində də qanuna uyğun şəkildə protokol tərtib edilib.

Bu arada 22-23 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar yol polisi sürücülərə və piyadalara da müraciət edib. Vaqif Əsədov sürücülərə bu günlər ərzində paytaxt ərazisində dayanma və durma qaydasını pozmamağı, sürət həddini aşmamağı, piyadalara isə yerüstü və yeraltı keçiddən keçəməyi tövsiyyə edir.

Qeyd edək ki, bu günlərdə hərəkətin təhlükəsizliyini təmin etmək üçün yol polisi də gücləndirilmiş iş rejimində işləyəcək.

Xəbər lenti