Bakıda əcnəbinin evi qarət edilib. Evə pəncərədən daxil olan şəxs külli miqdarda dəyəri olan qızıl, müxtəliv valyutada olan pulları ogurlayıb. Polis bu işdə şübhəli bilinən şəxsi saxlayıb. Saxlanılan şəxsin sözlərinə görə, pul valyuta dəyişmə məntəqəsində satıb.
Pakistan vətəndaşının evi qarət edilib. Mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Hadisə Sabunçu rayonu ərazisində baş verib. Pakistan vətəndaşı olan bir qadın ərazi üzrə 12-ci polis şöbəsinə məlumat verib ki, evindən naməlum şəraitdə 3 min 400 manat, 5 min dollar, 90 min Pakistan rupisi və 10 min manat dəyərində qızıl əşyaları oğurlanıb.
Şöbəyə məlumat daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Qurban Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayıb. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədi ilə mənzilə daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.