Bakıda dayanacaq qanunsuz olaraq zəbt edilib, yerində 3 mərtəbəli ticarət mərkəzi tikilib. Bu isə sərnişinlər və avtobuslar üçün ciddi problemlər yaradıb. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı aiddiyyatı qurumlara məlumat verib.
Bura binəqədi rayonu, Binəqədi şossesində dayanacaq əvvəlcə zəbt edilərək sökülüb, daha sonra isə yerində 3 mərtəbəli ticarət obyekti tikilib.
Hadisəni Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev ictimailəşdirib. Qurumun rəsmisi bildirib ki, nəyinki dayanacq sökülüb üstəlik piyadalar üçün nəzərdə tutulan səki də zəbt olunub. Bu isə ərazidə sərnişinlər və avtobuslar üçün ciddi problem yaradıb. Üstəlik obyektə gələnlər nəqliyyat vasitələri burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən məsələ ilə bağlı aidiyyatı qrumlara, o cümlədən binəqədi rayon icra hakimiyyətinə müraciət olunub. Müraciətdə mövcud problemin aradan qaldırılması, sərnişin və avtobusların rahat hərəkətinin təmin edilməsi üçün şərait yaradılmasının vacibliyi qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün Binəqədi rayon icra hakimiyyətinə getdik. burada isə suallarımızı yazılı şəkildə cavablandırdılar. həminaçıqlamanı olduğu kimi diqqətinzə çatdırırq.''Sahibkar tərəfindən mülkiyyətində olan yararsız və şəhərin ümumi görüntüsə xələl gətirən 2 mərtəbəli xüsusi mülkiyətdə olan tikili sökülərək, həmin ərazidə yeni iş yerlərinin açılması məqsədilə yarım zirzəmidən və 3 mərtəbədən ibarət müasir memarlıq standartlarına uyğun olan tikili inşa edilib. Qeyd olunan tikinti ilə bağlı sahibkar tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq hüquqmüəyyənedici sənədlər aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda bildirilib ki,sözü gedən dayanacaq həmin ərazidə obyektin tikintisi ilə əlaqədar deyil, yerüstü piyada keçidi tikilərkən oradan götürülüb''.