Xəzər Xəbər

Dələduzlara aldanmayın! Nazirliyin adından saxta məlumatlar yayılır - VİDEO

Veb TV | 20:52 • 19 Avqust 2018
Dələduzlara aldanmayın!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pornoqrafik məzmunlu bir çox saytlara girişi məhdudlaşdırması internet dələduzlarını hərəkət keçirib.

Belə ki, onlar fırıldaq yolu ilə pul qazanmaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinin adından belə məlumatlar yayıblar ki, guya hansısa hesaba qeyd olunan məbləği ödəsələr saytlara giriş açılacaq.

Öncədən şəxsin blok olunduğu barədə məlumat gəlir və qeyd olunur ki, əgər cəriməni 6 saat ərzində ödəməsəniz guya həmin şəxslə bağlı məlumat toplanaraq cinayət məsuliyyətinə cəlb olunma üçün prokurorluq orqanlarına göndəriləcək.

Bu yolla həm vətəndaş hansısa məsuliyyətlə qorxudulur, həm də onun pullarının mənimsənilməsi üçün dələduzluq edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər Xəbərə verilən məlumata görə, belə dələduzluq mesajları öncələr də müşahidə olunub və bunların nazirliklə heç bir əlaqəsi yoxdur. Bu mesajlar insanların dələduzluq yolu ilə aldadılması və vəsaitlərinin ələ keçirilməsinə hesablanan bir addımdır. Nazirlikdən verilən məlumata görə bu cür mesajların göndərilməsi əksər hallarda xaricdən idarə olunur, buna görə də bu cür mesajların qarşısını hər zaman almaq mümkün olmur.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024